YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin VI hesabat-seçki konfransı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı Gənclər Birliyinin VI hesabat-seçki konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəsətələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Konfransı giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov açaraq Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Təşkilat sədri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb: “Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Bu baxımdan, YAP sıralarında birləşən gənclər də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər”.

Sonra YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin İmaməliyev hesabat məruzəsi ilə çıxış edib. E.İmaməliyev Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. Yeni Azərbaycan Partiyasının gənclərin öz bilik və bacarıqlarını təqdim etmək üçün bütün imkanlar yaratdığını deyən E.İmaməliyev YAP Ağstafa  rayon təşkilatının üzvü olan gənclərin də ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini diqqətə çatdırıb. 
O həmçinin YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyi tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Daha sonra məruzə ətrafında çıxışlar olub. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının sıralarında saglam ruhlu, vətənpərvər, yüksək intellektli gənclər birləşib. Çıxışlarda həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlardan ətraflı bəhs olunub.

Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin  13 nəfərdən ibarət Şurası və 9 nəfərdən ibarət İdarə Heyəti seçilib. Elvin Elsevər oğlu İmaməliyev YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.