YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək

Oktyabrın 17-də YAP Səbail rayon Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü” münasibətilə “Qarabağ Azərbaycandır!” hərakatı çərçivəsində Şəhidlər Xiyabanına gənclərin ziyarəti təşkil olundu.

Səbail gəncləri Şəhidlər Xiyabanına gələrək dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin məzarlarını ziyarət etdilər, Azərbaycanın qəhrəman oğul və qızlarının əbədiyaşar əziz xatirələrini yüksək ehtiramla yad etdilər.

Gənclər tərəfindən bildirildi ki, ölkə başçısı cənab İlham Əliyevin dünya ictimaiyyəti önündə “Qarabağ Azərbaycandır! Nida işarəsi!” bəyanatı bütün xalqımızı, Azərbaycan gənclərini bir ideya ətrafında birləşdirən yeni bir milli birlik, milli həmrəylik hərəkatının başlanğıcı oldu. Çünki İlham Əliyev Azərbaycan həqiqətlərini cəsarətlə dünya ictimaiyyəti önündə bəyan edən, Azərbaycan xalqının illərdir davam edən Qarabağ acısının, dərdinin ən yüksək beynəlxalq tribunalarda carçısı olan və erməni yalanlarını hər bir platformada ifşa edərək işğalçı Ermənistanın iç üzünü hər kəsə göstərən güclü Liderdir. Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan gənci “Qarabağ Azərbaycandır!” şüarı altında birləşərək milli mübarizəmizə öz töhfəsini verir. Səbail gəncləri də ölkə başçımızın cəsarətli, müstəqil siyasətini dəstəkləyir, Prezidentimizlə fəxr edir və Liderimizin, Ali Baş Komandanımızın hər bir əmrinə hazırdırlar.