YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun xatirəsi anılıb

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Ramiz Qasımovun doğum günü Xəzər rayonu R.Qasımov adına 216 saylı tam orta məktəbdə qeyd olunub.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərindən söz açıblar.

N saylı Hərbi Hissənin Komandiri və 216 saylı tam orta məktəbin direktoru Səidə Rəhimova Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun imza atdığı tarixi Qələbədən, həmin günlərdə xalqımızın nümayiş etdirdiyi milli birlikdən və Vətən müharibəsi Qəhrəmanı Ramiz Qasımovun döyüşlərdə göstərdiyi şücaətdən danışıblar.

Tədbir çərçivəsində Vətən Müharibəsi Qəhrəmanının qızının fərdi sərgisi təşkil olunub. İştirakçılar sərgini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.

Tədbirdə şəhidin şərəfli döyüş yolu haqqında videoçarx nümayiş olunub, ədəbi-bədii kompozisiya təqdim edilib.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Aprel döyüşləri, Tovuz döyüşləri və Vətən müharibəsinin iştirakçısı olan Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Ramiz Qasımov 2020-ci il, oktyabrın 22-də şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, o cümlədən “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə tətif edilib.