YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı ədalətsizliklə barışmaq niyyətində deyil

Almaz Həşimova

YAP Füzuli rayon təşkilatının sədri

Müzəffər Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizdən danışarkən xüsusi vurğulayıb ki, Azərbaycan xalqı 44 günlük müharibədə ləyaqət və milli qürur savaşına çıxmışdı: “Müharibə dövründə hamımız bir şüarla yaşadıq: öldü var, döndü yoxdur: Azərbaycan xalqı müharibədə ordumuzun arxasında dayandı. Düşmən Azərbaycan xalqının iradəsini qıra bilmədi. Hər gün ordumuz irəlilədikcə yeni uğurlar, yeni qələbələr qazandıq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır və ədalətsizliklə barışmaq niyyətində deyil. Düşməni diz çökməyə, kapitulyasiya aktına imza atmağa məcbur etdik. Həmin düşmən 30 il ərzində xalqımızın şərəf və ləyaqətini alçaltmağa çalışdı, amma biz onları ağ bayraq qaldırmağa məcbur etdik. Nəticədə yüzlərlə kənd, rayonlarımız bir güllə atmadan azad olundu. Dağlıq Qarabağ münaqişəsi arxada qaldı. Azərbaycan ərazisində Dağlıq Qarabağ ərazisi mövcud deyil. Dağlıq Qarabağ adlı ölünü kim diriltmək istəyirsə, öz ərazisində diriltsin, “Dağlıq Qarabağ” adlı qurum, respublika, cəmiyyət yaratsın, biz də onu tanıyarıq, amma Azərbaycanda yox. Bizim üçün Qarabağ ərazi vahidi var. Bunu mən deyirəm. Hər kəs bu sözlərlə hesablaşmalıdır.”

Bu bir həqiqətdir ki, Qələbənin əldə edilməsinin, müharibənin uğurlu aparılmasının əsas səbəbi xalq-dövlət birliyi, Prezident, Ali Baş Komandan İlham Əliyevin cəmiyyəti səfərbər edə bilməsi, ona özünəinam hissi aşılaması, vahid, sarsılmaz bir qüvvəyə çevirməsidir. Qələbənin müəllifi, savaşın qəhrəmanı Ordumuzdur, Azərbaycan xalqıdır, Ali Baş Komandandır.

44 günlük Vətən müharibəsi, sadəcə ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmədi, 30 ilə yaxın zaman kəsiyində doğulduqları, boya-başa çatdıqları yurd yerlərinin həsrətilə yaşayan həmvətənlərimizin nisgilinə, ağrı-acılarına son qoymadı, həm də xalqımızın min illərin sınağından keçirərək cilaladığı dəyərlərin - mərdliyin, cəsarətin, Vətən təəssübkeşliyinin, əzmin, iradənin, qətiyyətin yenidən əsas qiymətləndirmə meyarına, ölçüyə çevrilməsinə zəmin yaratdı, illərdən bəri cəmiyyətimizə təslimçilik ruhu aşılamaq üçün sırınan qondarma, fikirləri dəfn etdi.

İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla şəhid olan oğullarımız, sağlamlığını Vətən naminə qurban verən qazilərimizin, düşmənin başına od yağdıran əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı 200 ildən artıq bir zaman kəsiyində, ən müxtəlif təbliğat vasitələriylə, sıxma-boğmalarla, təzyiqlərlə, düşünən beyinlərimizi, vuran əllərimizi məhv etməklə bizdən alınan, daha doğrusu, alınmasına cəhd göstərilən, əslində isə qanımızda qorunan, içimizə qandallanan döyüş ruhumuzu yenidən yüksəltdi.

Ən başlıcası isə on illiklərdir Ermənistanın siyasi hakimiyyətlərinin apardıqları təbliğatın əsas ideoloji bazası olan «yenilməz erməni ordusu» mifini Azərbaycan Ordusu 44 gün məhv etdi.  Məlum oldu ki, «ermənilərin məğlubedilməzliyi» haqqındakı uydurmalar sabun köpüyündən başqa bir şey deyillmiş. O da aydın oldu ki, işğalçı ölkənin həmişə ordusunu dünyanın ən ləyaqətsiz hərbiçilərindən formalaşdırıb. Bunu son bir əsrdə ermənilərin Azərbaycanda, Türkiyədə törətdikləri soyqrımı bir daha göstərdi. İkinci Qarabağ müharibəsində «görkəmli erməni sərkərdələri» fərarilik etdi, əsgərlərini ölümə tərk edərək qaçdılar.

Bəli, müzəffər Xalqın, Qalib dövlətin bir parçası olmaqdan isə gözəl, əsrarəngiz, təkrarolunmaz hiss yoxdur. Bu qüruru bizə yaşadan şəhidlərimiz, qazilərimiz, Vətən müharibəsində iştirak edən qəhrəman əsgər və zabitlərimiz və təbii ki, Zəfərimizin memarı olan Ali Baş Komandanımızdır! Bir də xalqımızın biliyidir.

DİGƏR Xəbərlər Arxiv