YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Seçimimiz bəllidir”

Göygöl seçiciləri İlham Əliyevə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Göygöl şəhərində seçicilərlə görüş keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, təşviqat qrupunun üzvləri Azadxan Haqverdiyev, Ofelya Rəhimova və Mahir Hacıyev çıxış ediblər.

Çıxışçılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən danışıb, cənab İlham Əliyevin ölkəni inkişafdan tərəqqiyə, tərəqqidən Zəfərə çatdırdığını diqqətə çatdırıb, qədirbilən xalqımızın Prezident İlham Əliyevə hər zaman etimad göstərməklə ölkəmizdə görülən misilsiz işləri, uğurlu daxili və xarici siyasəti, peşəkar idarəçiliyi yüksək qiymətləndirdiyini söyləyiblər.

Seçicilər yeganə seçimlərinin cənab İlham Əliyevin olacağını bəyan ediblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.