YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən debat turniri sona çatıb

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən silsilə tədbirlərdən olan debat turniri sona çatıb. Turnirin ümumi devizi “Ekoloji layihələrin həyata keçirilməsi və ətraf mühitin qorunması” olub.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Ramiz Hüseynov bildirib ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir: “Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələr sırasında olduğunu bir daha sübut edir”.

Tədbirdə digər çıxış edənlər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsini beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın göstəricisi kimi qiymətləndiriblər.

Daha sonra Sumqayıt Dövlət Universitetinin tələbələrindən ibarət “Ekoritm” və “Yaşıl dalğa” komandaları arasında turnirin final mərhələsi keçirilib, qaliblərə sertifikatlar təqdim olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.