YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Ulu Öndərin xatirəsinə həsr olunan intellektual yarış keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı və Qazax-Tovuz Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan "Nə? Harada? Nə zaman?" intellektual oyunu formatında rayon birinciliyi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Qazax-Tovuz Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev və Ərazi Partiya Təşkilatlarının üzvlərindən ibarət komandalar iştirak ediblər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və Qazax-Tovuz Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyevin çıxışlarında Azərbaycanda həyata keçirilən gənclər və idman siyasətindən, qazanılan uğurlardan bəhs ediblər. Vurğulanıb ki, müstəqil Azərbaycanda uğurlu gənclər siyasətinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri var. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Azərbaycanda gənclər dövlətin diqqət və qayğısı ilə tam əhatə olunub və bu özünü qazanılan yüksək nailiyyətlərdə göstərir.  

10 komandanın birincilik uğrunda mübarizə apardığı yarış 30 sual olmaqla, 2 turda təşkil olunub. Suallar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, Qarabağ tarixini, eləcə də ümumi dünyagörüşünü əhatə edib.

Gərgin keçən mübarizənin yekununda “Ağstafa şəhər Təhsil İşçiləri” Ərazi Partiya Təşkilatının “Günəş” komandası I , “Vurğun qəsəbə” Ərazi Partiya Təşkilatının “Qarabağ” komandası II, “Aşağı Göycəli kənd” Ərazi Partiya Təşkilatının “Dəmir Yumruq” komandası isə III yeri tutub.

Qalib komandalar diplom və qiymətli hədiyyələrlə təltif olunublar.