YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə şagirdlərin rəsm sərgisi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı, Tərtər rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayon Təhsil sektorunun birgə təşkilatçılığı “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin rəsm sərgisi keçirilib. 

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər rayon İcra Hakimiyyətinin nümayəndəsi Svetlana Əzizova, Tərtər Təhsil sektorunun nümayəndəsi Lamiyə Quliyeva, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova çıxış edərək məktəblilərə yaşıllıqların artırılması, ətraf mühitin qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı məlumat verib, rayonda “Yaşıl dünya həmrəylik ili” ilə bağlı keçirilən tədbirlərdən danışıblar.

Sərgidə 35 məktəbdən 36 şagirdin rəsm əsərləri nümayiş olunub. Rəsm müəlliflərindən Tərtər şəhər 5 nömrəli tam orta məktəbin 8 sinif şagirdi İsrafilli Hacı Azər oğlu, Fəxrəddin Orucov adına Seyidimli kənd tam orta məktəbin 8 sinif şagirdi Süleymanova Solmaz Rəşad qızı və Cəmilli kənd tam orta məktəbinin 6 sinif şagirdi Haqverdiyeva Elza Mürşüd qızı YAP Tərtər rayon təşkilatı tərəfindən fəxri fərmanlarla təltif ediliblər.