YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qazax rayon təşkilatı Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı tərəfindən Daş Salahlı 2 saylı tam orta məktəb ərazi partiya təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daş Salahlı 2 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Rəna Bayramova, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev və digərlərinin çıxışlarında Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycanın  keçdiyi keşməkeşli və uğurlu inkişaf yolundan, Ulu Öndərin şərəfli və mənalı həyatından, Onun misilsiz xidmətlərindən danışılıb. Vurğulanıb ki, Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə, qətiyyətlə və müvəffəqiyyətlə davam və inkişat etdirilir.

Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.