YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə taekvando idman növü üzrə yeniyetmələr arasında yarış keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı, Göygöl Rayon İcra Hakimiyyəti və İrəvan İdman Klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə taekvando idman növü üzrə yeniyetmələr arasında yarış keçirilib.

“İdmanın inkişafı bizi yeni qələbələrə çağırır” devizi altında keçirilən yarışda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, RİH başçısı Aparatının şöbə müdiri Sərdar Balayev, İrəvan İdman Klubunun direktoru Fəxri Cəfərov, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Göygöl rayon şöbəsinin sədri Araz Abbasov və gənclər təşkilatlarının nümayəndələri, müharibə iştirakçıları iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yarışda 41 kiloqram çəki dərəcəsində çıxış edən 37 iştirakçıdan 4-ü finala yüksəlib. Cavidan Heydərzadə 1-ci yerə, Ramal Aşurov 2-ci yerə, Orxan və Sahil Salahlı 3-cü yerə layiq görülüb.

DİGƏR Xəbərlər Arxiv