YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən şahmat yarışı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron  rayon təşkilatının, Abşeron rayon İcra Hakimiyyətinin və Abşeron rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş məktəblilər arasında şahmat üzrə xatirə turniri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev  Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycanda idman növü kimi şahmatın kütləvi inkişafı ötən əsrin 70-ci illərindən başlayıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə rayon mərkəzlərində və şəhərlərdə şahmat məktəbləri tikilib istifadəyə verilib, peşəkar şahmatçılar nəsli yetişdirilib və Azərbaycan şahmat məktəbinin əsası qoyulub.

Sonra çıxış edən Abşeron RİH başçısının  müavini İlkin Əsədov, Abşeron rayon  Gənclər və İdman İdarəsinin sektor müdiri Kamran Quliyev və Azərbaycan Milli Akademiyasının şöbə müdiri Elnur Kəlbizadə qeyd ediblər ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Keçmiş Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olub, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilib. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Turnirdə rayon məktəblərindən 6-8, 10-12, 14-16 yaş qrupları üzrə 40-ı qız, 50-si oğlan olmaqla ümumilikdə 90 nəfər məktəbli iştirak edib. Qaliblər Fəxri fərman, diplom, kuboklar və qiymətli hədiyyələrlə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv