YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, partiya veteranı Bəsti Ələkbərova, BDU-nin Qazax filialının IV kurs tələbəsi Könül Butayeva, Qazax Dövlət Sosial İqtisadi Kollecinin tarix müəllimi Mətanət Kazımova, partiya veteranları Cavanşir Rüstəm, Kazım Kazımlı çıxış edərək Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlər quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf dövrü kimi şanlı dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.

Sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Sonda bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Qeyd edək ki, YAP Qazax rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə futbol və dama idman növü üzrə turnirlər də keçirib. Qaliblər mükafatlandırılıb.