YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və gənc nəslin vətənpərvərlik tərbiyəsi”

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının birgə təşkilatçılığı ilə Qobustan qəsəbəsində yerləşən 223 nömrəli tam orta məktəbdə Ümummili Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və gənc nəslin vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsələndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Aynurə Qurbanova, YAP Qaradağ rayon təşkilatının əməkdaşı Vüqar Ağayev, RİH-in Qobustan qəsəbə nümayəndəsi Tanrıverdi Qurbanov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının sədri Maqsud Heydərov, din xadimi Qaraoğlan Həsənov, şəhid anası Elnarə Xəlilova, müharibə veteranları Altay Məmmədov, Ələmdar Məmmədov, Bəhrəm Rəcəbli və digərləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, ölkədə təhsil, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində mühüm nailiyyətlər qazanılıb.

Dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.

Çıxışlardan sonra Vətən müharibəsində düşmənin 21 texnikasını məhv edən qobustanlı qəhrəman Hünər Mehman oğlu Məmmədovun döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub. 

Tədbirin sonunda gənclərin vətənpərvərlik tərbiyəsində fəal iştirak edən müəllim və idman yarışlarında fərqlənən bir qrup şagirdə fəxri fərman təqdim edilib.