YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçalada Zərifə Əliyevanın anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva və digərləri Azərbaycanın tanınmış simalarından olan tibb elmləri doktoru, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə Əliyevanın keçdiyi zəngin və mənalı həyat yolundan, təkrarolunmaz elmi irsindən, peşə və ictimai fəaliyyətindən bəhs ediblər. Vurğulanıb ki, tibb tariximizdə silinməz iz qoymuş, zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr vermiş Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb.

Sonda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.